ADU tələbələri intellektual yarışın qalibi olublar
29 noyabr, 2022

Azərbaycan Dillər Universitetinin tələbələri “Biz Bir Ailəyik” əlliliyi olan şəxslərə dəstək ictimai birliyinin təşkilatçılığı ilə keçirilən “Biz Bir Ailəyik-Biz Qalibik” adlı “Nə? Harada? Nə zaman?” intellektual yarışda qalib olublar.
“3 dekabr Beynəlxalq Əlillər Günün”-nə həsr olunmuş” yarışda universitetin Filologiya, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri Nəzrin Nəzərli, Peyman Ağazadə, Gülhəsən Kərimov, Fikrət Ağayev yarışda iştirak edən 14 komanda arasında birinci yerə layiq görülüblər.
Dövlət və QHT nümayəndələrinin də iştirak etdiyi yarışda, ADU-nu universitetin Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri Səadət Qasımova təmsil edib.
Qaliblər diplom və hədiyyələrlə təltif olunublar.









