XƏBƏRLƏR

ADU-da Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi nümayəndələri ilə görüş keçirilib

25 noyabr, 2022

Noyabrın 25-də ADU-da Qoşulmama Hərəkatının gənclər şəbəkəsinin məlumat sessiyası keçirilib.

Universitetin Elmi işlər üzrə prorektoru Novruz Məmmədov tədbir iştirakçıların Qoşulmama Hərəkatı barədə məlumat verib.

Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə şəbəkənin məqsədlərindən danışıb.  O, bildirib ki, əsas məqsəd üzv dövlətlərindən olan gənclərin davamlı tərəqqisinə nail olmaq, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün vətəndaşı olduqları ölkələrin birgə və adekvat səyləri barədə fikir mübadiləsinə şərait yaratmaqdır.

Qeyd olunub ki, sessiya cəmiyyətdə, xüsusən də gənclər arasında Qoşulmama Hərəkatı barəsində təsəvvürün və Azərbaycanın sədirliyi dövründə gənclər tərəfindən Hərəkatın fəaliyyətinin təkminləşdirilməsinə veriləcək töhvənin artırılması,  eləcə də şəbəkənin fəaliyyətinin gənclər arasında daha geniş təbliğ edilməsi məqsədi ilə keçirilib.

Hərəkat Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüslər və bu təşəbbüslərin icrası istiqamətində atılan addımlar təşkilatın institusional inkişafına, beynəlxalq nüfuzunun daha da güclənməsinə, proseslərə təsir imkanlarının genişlənməsinə, ölkələrə və ümumilikdə bəşəriyyətə faydalarının artmasına  xidmət göstərir.

Görüş tələbələrin sualları ilə davam edib.