XƏBƏRLƏR

ADU-da “Beynəlxalq sanksiyalar müasir geosiyasətin aləti kimi” mövzusunda tədbir keçirilib

25 noyabr, 2022

Azərbaycan Dillər Universitetində  Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Beynəlxalq münasibətlər kafedrası, Magistratura və Doktorantura şöbəsinin təşkilatçılığı ilə “Beynəlxalq sanksiyalar müasir geosiyasətin aləti kimi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Leyla Rüstəmli “Sanksiya paradoksu” mövzusunda çıxış edib. O, çıxışında sanksiyaların həm dövlətlər, həm də beynəlxalq təşkilatlar tərəfindən öz siyasi məqsədlərinə çatmaq üçün bir vasitə kimi intensiv istifadə olunduğunu və  BMT nizamnaməsində Sanksiya ifadəsi işlədilməsə də qeyri-məqbul davranış nümayiş etdirən dövlətlərə qarşı müxtəlif cəza tədbirləri nəzərdə tutulduğunu  qeyd edib. Məruzəçi eləcə də  sanksiya tətbiq edən və sanksiyaya məruz qalan dövlətlər haqqında geniş məlumat verib.

Beynəlxalq münasibətlər kafedrasının müəllimi Günel Hacalıyeva “Rəqəmsal sanksiyalar: müasir geosiyasətin çağırışları” mövzusunda çıxış edib. O, çıxışında rəqəmsal sanksiyaların beynəlxalq münaqişələrin tamamilə yeni cəbhəsini təmsil etdiyini və bizə məlum sanksiyalar mahiyyətcə yeni bir növü olduğunu və istənilən sanksiya növü kimi rəqəmsal saksiyaların da beynəlxalq münasibətlərdə məcburetmə xarakterinə malik olduğunu bildirib.

Beynəlxalq münaibətlər kafedrasının I kurs magistrantı Kamran İmaməliyev “Qərbin Rusiyaya qarşı sanksiya siyasəti” adlı çıxışında Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar haqqında geniş məlumat verib.

Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Aida Yusifzadənin maderatorluğu ilə keçirilən tədbir  mövzu ətrafında müzakirələrlə yekunlaşıb.