XƏBƏRLƏR

Rumıniyalı müəllimlərin ADU-nun tələbələri ilə görüşü olub

24 noyabr, 2022

Azərbaycan Dillər Universitetində  rumıniyalı tərcüməçi müəllimlər-  Oana Topala və Emiliya İvancunun Tərcümə fakültəsində təhsil alan tələbələrlə görüşü olub.

Təlimçi qonaqlar  tələbələrə tərcümə zamanı qarşıya çıxan maraqlı məqamlardan, müxtəlif dillərdən tərcümə edərkən üzləşə biləcəkləri problemlərdən və onların həlli yollarından söz açıb.

Görüş zamanı  rumınli şairə Emiliya İvancunun iki şeiri ingilis və rumın dillərində, həmçinin universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Fialə Abdullayevanın ingilis dilindən tərcüməsi ilə Azərbaycan dilində səsləndirilib.

ADU-nun nəzdində fəaliyyət göstərən Rumın dili və mədəniyyəti mərkəzinin rəhbəri Dr. İosefina Batton da mövzu ilə bağlı danışıb, tələbələrlə fikir mübadiləsi aparıb.

Görüşdə Tərcümə fakültəsinin tələbələri ilə yanaşı, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin rumın dili üzrə təhsil alan ikinci kurs tələbələri iştirak edib.