XƏBƏRLƏR

Samara Dövlət Texniki Universitetinin müəllimləri ADU-nun tələbələri üçün master-klass təşkil ediblər

24 noyabr, 2022

 Azərbaycan Dillər Universitetinin Təhsil 2 fakültəsinin Məktəbəqədər təhsil ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələrinə Samara Dövlət Texniki Universitetinin Pedaqogika, beynəlxalq mədəni əlaqələr və rus dili xarici dil kimi kafedrasının müdir əvəzi professor Yuliya Lopuxova və dosent Mariya Yurina məktəbəqədər uşaqlara "Nağılların tədrisi" mövzusunda master-klass təşkil ediblər.

Master-klass zamanı mövzular mütəxəssislər tərəfindən  müxtəlif animasiyalar formatında keçirilib.

 İnteraktiv şəkildə davam edən proqramda Pedaqogika kafedrasının müdirı dos.N.Zeynalova, kafedranın bir neçə əməkdaşı,fakültənin dekan müavini dos.N.Əsədov və digər əməkdaşlar da iştirak ediblər.