XƏBƏRLƏR

ADU-nun dosenti təkmilləşdirmə kursunda təlimçi kimi iştirak edib

22 noyabr, 2022

16-20 noyabr tarixlərində Elm və Təhsil Nazirliyi ilə Britaniya Şurasının birgə layihəsi çərçivəsində Gəncə şəhərində, orta məktəb müəllimlərinin təkmilləşdirmə kursunda ADU-nun İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının dosenti, f.f.d Məlahət Vəliyeva təlimçi kimi iştirak edib.

Layihə ingilis dili müəllimlərinin dil vərdişlərinin inkişafına və xarici dil tədrisində müasir metodologiyanın tətbiqinə yönəlib.