XƏBƏRLƏR

“AzMUN” –nun növbəti məlumat sessiyası ADU-da keçirilib

21 noyabr, 2022

“AzMUN" proqramı çərçivəsində növbəti məlumat sessiyası Azərbaycan Dillər Universitetində keçirilib.

 "AzMUN” layihəsinin rəhbəri Leyla Məmmədzadə və təcrübəli üzvü Fəxri Həsənov gənclərə BMT Modeli hərəkatı və "AzMUN" proqramı haqqında ətraflı məlumat veriblər.

 Bilidirilib ki, BMT-nin Baş Assambleyasının “Avropada enerji böhranı” mövzusunda keçirilən simulyasiya tələbələr üçün BMT-nin strukturu barədə geniş təsəvvür formalaşmasına imkan yaradıb.

Eyni zamanda gələcəyin diplomatı olan tələbələrə, "AzMUN" proqramı çərçivəsində keçiriləcək növbəti məlumat sessiyaları və layihələrdən xəbərdar olmaq üçün  layihəni izləmələri tövsüyyə olunub.