ADU-nun əməkdaşları əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə monitorinq çərçivəsində keçirilən görüşdə iştirak ediblər
21 noyabr, 2022
DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib.
Tədbirdə universitetimizi ADU-nun əməkdaşları - kadrlar şöbəsinin müdiri Ağamusa Səfiyev və Pedaqogika kafedrasının müdiri dos.Nigar Zeynalova təmsil ediblər.
Onlar ali təhsil müəssisəsində inklüziv təhsil sahəsində görülən işlər, həyata keçirilən proqramlar, təşkil olunan seminar və təlimlər barədə məlumat verib, bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.
Qeyd edək ki, tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, qeyri-hökumət təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.