XƏBƏRLƏR

ADU-nun tələbələri beynəlxalq tədbirdə iştirak ediblər

17 noyabr, 2022

Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin ərəb dili müəllimi, ərəbşünas, Şəms Tərcümənin rəhbəri Nəsimi Həsənov və ərəb ixtisası üzrə təhsil alan tələbələri ANAMA-nın “Mina Action: Challenges and Opportunities” adlı keçirilən 3 günlük beynəlxalq tədbirdə iştirak ediblər.

Tələbələr ərəb-Azərbaycan dilləri üzrə sinxron tərcümə prosesi ilə yaxından tanış olub, ilkin təcrübə əldə ediblər.

Qeyd edək ki, tədbirdə Azərbaycan, ərəb və ingilis dilləri üzrə sinxron tərcümə icra olunmaqdadır.