XƏBƏRLƏR

ADU-da teleaparıcı Saleh Bağırovla görüş keçirilib

17 noyabr, 2022

17.11.2022-ci il tarixində Azərbaycan Dillər Universitetinin 3 saylı tədris korpusunda Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızının təşəbbüsü ilə teleaparıcı Saleh Bağırov və jurnalistika ixtisasında təhsil alan tələbələr arasında görüş keçirilib. Nərgiz Çərkəzqızı teleaparıcı Saleh Bağırovun jurnalistika sahəsindəki fəaliyyəti haqqında geniş məlumat verib. Sonra Saleh Bağırov jurnalistikada peşəkarlıq məsələsi ilə bağlı fikirlərini tələbələrlə bölüşüb, bu peşənin çətinliklərindən bəhs edib, vicdanlı, qərərsiz, obyektiv jurnalist olmağın şərtlərini diqqətə çatdırıb. Sonra qonaq tələbələrin suallarını cavanlandırıb.

Rektorun məsləhətçisi Anar Osmanlı qonağa dərin təşəkkürünü bildirib, Saleh Bağırovun KİV-dəki təcrübəsindən və səmərəli fəaliyyətindən söz açıb, jurnalistika ixtisasında təhsil alan tələbələrin tədbirdəki aktivliyini xüsusi olaraq vurğulayıb.

Beynəlxalq jurnalistika şöbəsinin I kurs tələbəsi Oruc Ələsgərov