ADU-da tələbələr arasında sosial-psixoloji eksperiment keçirilib
16 noyabr, 2022

Azərbaycan Dillər Universitetinin Təhsil 2 fakültəsinin Təhsildə sosial- psixoloji xidmət ixtisasının 331-ci qrup tələbələri- Aysun Alyarova, Nuranə Salmanova, Şəhranə Hüseynli ilə universitetin digər tədris binalarının tələbələri arasında “Şiddətin insan psixologiyasına təsiri” haqqında sosial-psixoloji eksperiment keçirilib.
Eksperiment “Psixi sağlamlıq” fənnini tədris edən Psixologiya kafedrasının müəllimi Ülviyyə Hümbətovanın mözvu ilə əlaqədar tapşırığı əsasında keçirilib.
Nəticə olaraq, universitet tələbələrinin şiddətə münasibəti və onlara təsiri haqqında fikirləri təhlil və müzakirə olunub.







