XƏBƏRLƏR

ADU-da Beynəlxalq Tolerantlıq Günü münasibətilə dəyirmi masa olub

15 noyabr, 2022

Azərbaycan Dillər Universitetində  Multikulturalizm Mərkəzi və Azərbaycanşünaslıq Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Günü münasibətilə dəyirmi masa keçirilib.

Dəyirmi masada ADU Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə tolerantlığın mahiyyətindən bəhs edib, sosial sferada təsirləri barədə məlumat verib.

Azərbaycan Turizm Universitetinin müəllimi f.ü.f.d. Elşən Bayramzadə çıxışı zamanı Azərbaycanın tarixən tolerant ölkə olduğunu diqqətə çatdırıb.  O, tolerantlığın fəlsəfi – tarixi mahiyyəti, multikulturalizm siyasətinin prinsipləri haqqında danışıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Fəxri Uğurlu ədəbiyyatda tolerantlıq mövzusunu önə çəkərək, faktlar və sitatlarla bədii əsərlərdə tolerant əhval–ruhiyyənin təsvirindən bəhs edib.

Azərbaycanşünaslıq Elmi Mərkəzinin əməkdaşı Səbuhə Aslanova tolerantlığın müasir ictimai münasibətlərin qurulmasında üstün rolundan söz açıb.

ADU Fəlsəfə və İctimai elmlər kafedrasının müdiri dos. Ədalət Abdiyeva, prof. Aidə Yusifova, dos. Qorxmaz Mustafayev mövzu ilə bağlı fikirlərini bilidiriblər.

Diskussiya şəklində  davam edən masada Azərbaycan Dillər Universitetinin müəllimləri, tələbələri, pedoqoji heyətin digər nümayəndələri və qonaqlar iştirak ediblər.