XƏBƏRLƏR

ADU-nun Rusiyaşünaslıq Mərkəzinin rəhbəri Moskvadakı konfransda iştirak edib

14 noyabr, 2022

2022-ci il noyabrın 3-də Rusiya Federasiyasının Federal Məclisi Federasiya Şurasının senatorunun dəvəti ilə Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq Mərkəzinin rəhbəri Hüseynzadə Diana Nikolayevna "Qadın assosiasiyalarının konsolidasiyası və onların müasir sosial proseslərdə rolu" konfransında iştirak edib.

Konfransda Rusiya Federasiyasının senatorları, Dövlət Dumasının deputatları, ictimai xadimlər, habelə dünyanın 50 ölkəsindən gəlmiş 80-dən çox həmyerli iştirak edib.

Tədbir çərçivəsində Ümumdünya Rusdilli Qadınlar Federasiyasının yeni beynəlxalq təşkilatının təsisçi sənədləri imzalanıb.