XƏBƏRLƏR

“Zəfər günü” və “Şuşa ili”nə həsr olunmuş tədbir keçirilib

10 noyabr, 2022

4 noyabr 2022-ci ildə Azərbaycan Dillər Universitetinin Təhsil -2 fakültəsi nəzdində olan Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə tarixi zəfərimizin il dönümü “Zəfər günü”nə və “Şuşa ili”-nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə rektorun müşaviri A. Osmanlı, fakültə dekanı S. Nuriyev, kafedra müdirləri və əməkdaşları iştirak etmişdirlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunmuş və daha sonra illərdir xəyalını qurduğumuz, hava su kimi ehtiyacımız olan bu qalibiyyəti bizə bəxş edən, milli qürurumuzu bizə qaytaran, dünya hərb tarixində yeni səhifə açan Şəhidlərimizin animı ilə davam etdirilmişdir.

Tədbirdə tələbələr Şuşa sevgisi, onun hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası, milli qürurumuz olması, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda aparılan 44 günlük ikinci Qarabağ savaşı, bu zəfərin memarı, bu möhtəşəm nailiyyətləri qızıl hərflərlə Azərbaycan tarixinə yazan Ali Baş Komandan İlham Əliyev, Şanlı Ordumuz, Azərbaycan xalqı və bu savaşın zəfər zirvəsi, mədəniyyət paytaxtımız Şuşa haqqında hazırladıqları ədəbi-bədii kompozisiyaları böyük fəxrlə və qururla təqdim etdilər.

Tədbir Fransız dili müəllimliyi 425 B qrup və 328R qrup tələbələri ilə baş müəllim Qarazadə Xatirənin bədii rəhbərliyi ilə təşkil edilmişdir. Tədbirin sonunda Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri prof.G.Sadıxova tədbir iştirakçılarına və tələbələrə təşəkkürünü bildirdi və “Zəfər Günü” münasibəti ilə hamını təbrik etdi.

Daha sonra rektor müşaviri A.Osmanlı və fakültə dekanı S. Nuriyev, Linqvokulturologiya kafedrasının müdiri M. Qazıyeva və başqaları tədbirin əhəmiyyətindən və gələcək nəsillərə buraxılacaq bu gözəl zəfərin əbədi və daima olması üçün hər birimizin daima müsəlləh əsgər olmalı olduğunu qeyd etdilər.