XƏBƏRLƏR

Tələbələr “Xarıbülbülün vətəni - Şuşa” adlı sərgidə iştirak ediblər

05 noyabr, 2022

Filologiya fakültəsinin nəzdində Fransız dilinin fonetikası və qrammatikası kafedrasının baş müəllimi Ağabikə Əliyevanın  təşəbbüsü ilə Filologiya fakültəsinin B22-145-ci qrup tələbələri AMEA-nın nəzdində Azərbaycan Tarixi Muzeyində Şuşanın yaranmasının 270 illiyinə həsr olunmuş  “Xarıbülbülün vətəni - Şuşa” adlı sərgidə  iştirak ediblər.

 Tarix muzeyinin əməkdaşı çıxış edərək, Şuşanın yaranmasından yenidən azad edilməsinə qədər olan dövr ərzində bütün maddi və mədəni nümunələri sərgidə nümayiş olundğunu qeyd etdi. Sərgidə nümayiş olunan eksponatlar əsasən  Qarabağ xanı Pənahəli xanın məzar daşı, pul vahidləri, Şuşanın simvolu Şuşa qalasının gümüş açarları,  etnoqrafik xarakterli nümunələr, eləcə də Şuşa mədəniyyətini əks etdirən  fotoşəkillər, çay dəstgahı, geyim nümunələri, xüsusən Xurşidbanu Natəvana aid olan - don, başmaq, zərgərlik nümunələri, baş bəzəkləri, kəmərlər, yaxa bəzəkləri Şuşanın tarixi mədəniyyətini  əks etdirirdi. Tələbələr həmçinin, Şuşanın təhsil və mədəniyyət mərkəzləri haqqında məlumatlandırıldılar. Onlar mədrəsələrdə istifadə olunan qələm və quran qabları ilə tanış oldular. Sərgidə, həmçinin Qarabağ atlarının, işğal müddətində Şuşanın dağıdılmış abidələrinin, 1905-ci il qırğını və 1918-ci ildə Şuşaya daxil olmuş komandanlığın geyimlərini, silahlarını  əks etdirən fotoşəkillər sərgidə nümayiş olundu.

Tələbələr 1992-ci il I  və 2020-ci illərdə II Qarabağ müharibəsində şəhid olan əsgərlərimizin fotoşəkilləri, geyimləri və silahları ilə tanış oldular. Sərgidə iştirak edən tələbələr oradan xoş təəssüratla ayrıldılar və sərgidə yaxından iştirak etdikləri üçün müəllimləri Ağabikə Əliyevaya təşəkkürlərini bildirdilər.