XƏBƏRLƏR

Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Şuşa – həsrətin sonu” adlı tədbir keçirilib

05 noyabr, 2022

03 Noyabr 2022-ci il tarixində Filologiya fakültəsi nəzdində fəaliyyət göstərən Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Şuşa-həsrətin sonu” mövzusunda tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə İkinci Qarabağ müharibəsi qaziləri, Universitetin Elmi işlər üzrə prorektoru Novruz Məmmədov, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov, Filologiya fakültəsi dekanlığının nümayəndələri və tələbələri, Doktorantura şöbəsinin müdiri və doktorantları, həmçinin  Universitetin müxtəlif şöbələrindən nümayəndələr iştirak edib.

Tədbiri Azərbaycan ədəbiyyatı kafedrasının dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru  Röya  Mürşüdova giriş sözü ilə açıb.

Azərbaycan  ədəbiyyatı kafedrasının baş müəllimi, f.f.d. Mehriban Mövlamova “İkinci Qarabağ Müharibəsinin Azərbaycan poeziyasında bədii təzahürü” mövzusunda çıxış edib.

Xüsusi Təyinatlı Qüvvələr mənsubu, qazilərimiz “Qoca qartal” ləqəbli Cavid Həsənov və  Zəfər ordenli Əfqan Zaxmayev çıxış ediblər. Tədbirdə həmçinin Filologiya fakültəsinin II və IV kurs tələbələri də çıxış ediblər.

Sonda kafedra müdiri akademik Muxtar İmanov Azərbaycanda və dünyada İkinci Qarabağ müharibəsinə olan münasibətdən danışıb, həmçinin Zəfər günü və Bayraq günü münasibətiylə bütün iştirakçıları təbrik edib.