XƏBƏRLƏR

"Qarabağ Azərbaycandır!" adlı tədbir keçirilib

05 noyabr, 2022

ADU-nun Pedaqogika kafedrasının təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş "Qarabağ Azərbaycandır!" adlı tədbir keçirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, bədii hissə ilə davam edib. 

Tələbələrin səsləndirdiyi vətənpərvər ruhlu şeirlər, nəğmələr, ifalar iştirakçıların marağına səbəb olmuş, tədbirin emosional ahənginin qorunmasına zəmin yaratmışdır.

Bədii hissənin sonunda Pedaqogika kafedrasının müdiri, İnklüziv Təhsil Mərkəzinin rəhbəri dos.N.Zeynalova zəfər yolumuzdan, şanlı tariximizdən qısa şəkildə bəhs etmiş, gənclərin vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyini qabartmışdır. 

ADU rektorunun məsləhətçisi A.Osmanlı , Təhsil 1 fakültəsinin dekanı, professor F.Cahangirov, Pedaqogika kafedrasının müəllimi dos.V.Abbasov tədbirlə bağlı öz təəssüratlarını bölüşmüş, tarixi hadisənin əhəmiyyətindən danışıblar.

Tədbir aparıcı tələbələrin yekun nitqi ilə tamamlanıb.