XƏBƏRLƏR

Özbəkistanlı alimlər ADU-da olublar

05 noyabr, 2022

Özbəkistan Respublikası Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin əməkdaşları dosent İnomjon Azimov, Muyassar Saparniyazova və Nazirlər Kabineti yanında Özbək Dili Araşdırma Mərkəzinin icraçı direktoru, dosent Azizcan Eminov ADU-da olublar.

Əvvəlcə Universitetin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla ilə görüşən nümayəndə heyəti Universitetlər arasında gələcəkdə qurula biləcək əməkdaşlıqları müzakirə ediblər.

Daha sonra Türkiyə Araşdırma Mərkəzinin təşkilatçılığı ilə "Özbəkistanda dil siyasəti: əlifba və imla məsələləri" mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov Azərbaycanda apırılan dil siyasətindən və əlifba islahatlarından geniş danışıb. Azərbaycanda aparılan uğurlu dil siyasəti təcrübəsinin qardaş Özbəkistanda öyrənilməsi və gələcəkdə tətbiq edilməsinin faydalı olacağı seminar iştirakçılarının nəzərinə çatdırıb.

Həmçinin, İ.Azimov, M.Saparniyazavo və A.Eminov da çıxış edərək bu gün Özbəkistanda aparılan dil siyasətində, əlifba islahatında Azərbaycan təcrübəsinin öyrənilməsini üstünlük verildiyini vruğulamışlar.

Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.