XƏBƏRLƏR

ADU- da “Şanlı Zəfər günü” mövzusunda tədbir keçirilib

04 noyabr, 2022
ADU- da “Şanlı Zəfər günü” mövzusunda tədbir keçirilib
 
Azərbaycan Dillər Universitetində Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı ilə “Şanlı Zəfər
günü” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru, universitetin jurnalistika ixtisası üzrə təhsil alan I kurs tələbəsi Əfşanə
Əlizadə tədbirin mahiyyətindən danışıb.
Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Qurbanlı ordumuzun rəşadəti sayəsində 44
günlük müharibədə qazanılan tarixi qalibiyyətdən bəhs edib. O, I və II Qarabağ müharibəsi
şəhidlərini yad edib, onların ailələrinə Allahdan səbir diləyib.
N.Qurbanlı I Qarabağ müharibəsində şəhid olan qardaşı haqqında da xatirələrini bölüşüb.
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Azərbaycanda iki əsas
məsələdən – təhsil və ordu quruculuğundan, bu sahədəki nailiyyətlərdən söz açıb.
“Birlik” Regionlararası Konqreslər Assosasiyasının vitse-prezidenti Nazir Hətəmov və rektorun
müşaviri Anar Osmanlı çıxışlarında Vətən müharibəsində qazanılan Zəfərdən və bu tarixi
qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından danışıblar.
Tədbirin sonunda qonaq- Vətən müharibəsi qazisi Nurlan Məhərrəmli müharibə xatirələrini
gənclərlə bölüşüb, tələbələrin marağına səbəb olan suallara cavab verib.