XƏBƏRLƏR

ADU-da “ Zəfər tariximizdir” adlı tədbir keçirilib

04 noyabr, 2022
ADU-da “ Zəfər tariximizdir” adlı tədbir keçirilib
 
Azərbaycan Dillər Universitetində Magistratura, Doktorantura və Elm şöbələrinin birgə
təşkilatçılığı ilə zəfər gününə həsr olunmuş “Zəfər tariximizdir” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib
Universitetin Elm məsələləri üzrə prorektor, professor Novruz Məmmədov 44 günlük Vətən
müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən söz açıb. O, müharibəni xalqımızın
üzləşdiyi 30 illik ədalətsizliyə qarşı müqəddəs savaş, öz haqqına, əzəli torpaqlarına sahib çıxmaq
uğrunda ümumxalq mücadilə olduğunu qeyd edib.
Magistratura şöbəsinin dekanı, dosent Firuzə Rzayeva 44 günlük Vətən müharibəsində
qazanılan Zəfərdən və bu tarixi qələbənin sevincindən bəhs edib.
Tədbirin Vətən müharibəsi iştirakçıları olan qonaqları – Xüsusi təyinatlı qazi (XTQ ) Ceyhun
Sadrayev, Qazi Polkovnik leytinant Rüstəm Quliyev, Tankçı gizir Ramin Şirinov müharibə ilə
bağlı xatirələrindən və göstərdikləri şücaətdən danışıblar.
Tədbirdə XTQ qazi Ceyhun Sadrayevin “Zəfər tariximiz” adlı qısa metrajlı filminin təqdimatı
olub.