XƏBƏRLƏR

Azərbaycan dilçiliyi kafedrası Zəfər gününə aid tədbir keçirib

03 noyabr, 2022

Azərbaycan dilçiliyi kafedrası 3 noyabr 2022- ci il tarixində Filologiya fakültəsi, Magistratura şöbəsi və Doktorantura şöbəsi ilə birgə Zəfər günü ilə bağlı tədbir keçirib. Tədbiri giriş sözü ilə Azərbaycan dilçiliyi kafedrasının müdiri dosent Fərəh Niftəliyeva açaraq çıxış üçün sözü tələbələrə verib.

Filologiya fakültəsinin 2-ci kurs tələbəsi Hacızadə Sevinc məruzə ilə çıxış edib və zəfər tariximizə nəzər salmaq məqsədilə qısa videoçarxı tədbir iştirakçılarına təqdim edib. Sonra Magistratura şöbəsinin 2-ci kurs tələbəsi Rüfət Qarayevin ifasında “Xudayar təsnifi” dinlənilib. Daha sonra Magistratura şöbəsinin 1-ci kurs tələbələri Ləman Bəylərova və Aysel Seyidova çıxış edərək orduya xalqın dəstəyindən danışıb.

Tələbələrin çıxışından sonra Magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayeva  şanlı zəfərin əhəmiyyətindən söhbət açıb və tədbir iştirakçılarına təşəkkürünü bildirib.  

Filologiya fakültəsinin dekanı professor Şahin Xəlilli çıxış edərək dövlət, ordu və xalqın birliyi sayəsində bu tarixi qələbəyə nail olduğumuzu söyləyib. Tədbirdə Azərbaycan dilçiliyi kafedrasının dosenti Sofiya Mirzəyeva, müəllimlər  Aytac Rüstəmli və Günel Ələkbərova bu əlamətdar günlə bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.