XƏBƏRLƏR

“Şuşa – 44 günün Zəfər nöqtəsi” adlı tədbir keçirilib

03 noyabr, 2022

Noyabrın 4-də ADU-nun Filologiya fakültəsi  və onun nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının, Magistratura şöbəsinin və  Doktorantura şöbəsinin təşkilatçılığı ilə “Şuşa – 44 günün Zəfər nöqtəsi” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Aytən Hacıyeva açaraq qonaqlarla birgə 44 günlük müharibədə şəhadətə ucalmış əsgər və zabitlərimizin xatirəsini yad ediblər. Daha sonra kafedranın baş müəllimi Ramilə Alışova və müəllim Afaq Eminli "Şəhadətin ünvanı" və “Qarabağa "Böyük Qayıdış" planı” mövzularında çıxış ediblər. 

Kafedranın dissertantı Vüsalə Məmmədova  Qarabağın incisi sayılan Şuşanın bütün Azərbaycanın mədəniyyət paytaxtı olduğunu qeyd edib.

Filologiya fakültəsinin tələbələri Zeynəb Hüseynova, Lalə Məmmədova və Pərihan Quluzadə 44 günlük müharibədən, hərb və diplomatiya meydanında gedən mübarizədən, böyük Zəfər yürüşündən danışıblar və sonda “Azərbaycan bayrağı “ şeirinin möhtəşəm ifası səsləndirilib.