XƏBƏRLƏR

"Report" İnformasiya Agentliyinin redaktoru ADU-da tələbələrlə görüşüb

01 noyabr, 2022

Azərbaycan Dillər Universitetində universitetin Beynəlxalq jurnalistika şöbəsinin və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, fil.f.d. Aynurə Hüseynovanın təşəbbüsü ilə “Report” İnformasiya Agentliyinin redaktoru  İsmayıl Nəsibovun jurnalistika ixtisasında təhsil alan I və III kurs tələbələri arasında görüşü keçirilib.

Görüşdə İ. Nəsibov çalışdığı agentliyin fəaliyyəti haqqında ətraflı məlumat verib. O, məhkəmə, müharibə və ümumiyyətlə kriminal jurnalistika sahəsində informasiyanın əldə olunması, xəbərin yazılması və jurnalistin qarşılaşdığı problemlərin həlli ilə bağlı məsələlər haqqında ətraflı danışıb.

Sonda redaktor tələbələrin suallarını cavablandırıb.