XƏBƏRLƏR

ADU–nun tələbələri "Coğrafi imla"da iştirak ediblər

31 oktyabr, 2022

Oktyabrın 30-da Bakıdakı Rus Evində Beynəlxalq maarifləndirici aksiya – “Coğrafi imla-2022” adlı tədbir keçirilib. Aksiyanın keçirilməsinin əsas məqsədi Rusiya coğrafiyasına olan marağı  artırmaq və coğrafi bilikləri inkişaf  etdirməkdir. 7 il ərzində keçirilən bu aksiyanın iştirakçılarının sayı 2,4 milyonu keçib.  Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti ənənəvi olaraq hər il bu aksiyada iştirak edirlər.

Oktyabrın 30-da keçirilən tədbirdə Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin  Rusiyaşünaslıq ixtisası üzrə təhsil alan  I və II kursun 179; 180 R; 277 R qrup tələbələri iştirak ediblər.

Tələbələrə Regionşünaslıq kafedrasının müəllimləri t.ü.f.d Günay Məmmədova, Elşən İsayev və Diana Hüseynzadə rəhbərlik edib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.