XƏBƏRLƏR

Ustad dərsinin qonağı professor Adil Babayev olub

27 oktyabr, 2022

Magistratura şöbəsi və Azərbaycan dilçiliyi kafedrasının birgə təşkilatçılığı ilə 26.10.2022-ci il tarixində ustad dərsinin qonağı prof. Adil Babayev oldu. Tədbirdə magistratura şöbəsinin dekanı dosent Firuzə Rzayeva, Azərbaycan dilçiliyi kafedrasının müəllimləri və magistrantlar iştirak etdilər.

Professor Adil Babayev Azərbaycan dilçiliyinin tarixi ilə bağlı maraqlı məlumatlar verdi. Dilçilk elminin böyük alimləri Bəkir Çobanzadə, Ağamusa Axundov, Afad Qurbanov və digər görkəmli alimlər haqqında, türk dilinin tarixi ilə bağlı muhazirə oxudu. N.Gəncəvi, M.Füzuli yaradıcılığından maraqlı fikirlər söyləyən prof. A.Babayev sovet dövrü Azərbaycan dilçliyi ilə bağlı tədbir iştirakçıları ilə geniş aspektli diskusiyalar apardı.

Tədbirin sonunda prof. A.Babayev magistrları maraqlandıran suallara ətraflı cavablar verdi.