“BİR GÜNLÜK XƏLİFƏ” Tələbə Özünüidarəetmə Günü keçiriləcək - ELAN
13 DEKABR 2022-ci il tarixində “Auditoriya+” proqramı çərçivəsində AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ “BİR GÜNLÜK XƏLİFƏ” Tələbə Özünüidarəetmə Günü keçiriləcək
"Bir günlük xəlifə" tələbələrin universitetin rəhbər sturukturlarını bir gün ərzində idarə etməsini nəzərdə tutur. Həmin gün ərzində rəhbər vəzifələri icra edən tələbələrin qəbul etdikləri qərarlar tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər bir gün ərzində icra etdikləri vəzifənin bir günlük maaşını alır. Vəzifələri tutan şəxslər həmin gündən Universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir. Universitetin hər bir tələbə, magistrant və doktorantı layihədə iştirak edə bilər. Aşağıda adları qeyd edilən vəzifələri tutacaq tələbələr öz tələbə yoldaşları tərəfindən universitetin Akt zalında təşkil olunan seçki prosesində açıq səsvermə yolu ilə seçilir.
Tələbələr aşağıdakı vəzifələri tutmaq üçün öz namizədliyini verə bilər:
1. Rektor
2. Elm və innovasiya məsələləri üzrə prorektor
3. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor
4. Tədris məsələləri üzrə prorektor
5. Beynəlxalq əlaqələr üzrə prorektor
6. Təhsil-1 fakültəsinin dekanı
7. Təhsil-2 fakültəsinin dekanı
8. Tərcümə fakültəsinin dekanı
9. Filologiya fakültəsinin dekanı
10. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı
11. Beynəlxalq Jurnalistika şöbəsinin müdiri
12. Əlavə təhsil və təcrübə fakültəsinin dekanı
13. Magistratura şöbəsinin müdiri
14. Doktorantura şöbəsinin müdiri
15. Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri
16. Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsinin müdiri
17. Kitabxana şöbəsinin müdiri
18. Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri
19. Amerika mərkəzinin müdiri
20. Pakistan mərkəzinin müdiri
21. Türkiyə mərkəzinin müdiri
22. Rusiyaşünaslıq ETL müdiri
23. Skandinaviya mərkəzinin müdiri
24. Avstriya mərkəzinin müdiri
25. Serbiya Mərkəzinin müdiri
26. Macar Mərkəzinin müdiri
27. İsrail və Yaxın Şərq Mərkəzinin müdiri
28. Rumıniya mərkəzinin müdiri
29. Alman oxu zalının müdiri
30. Frankofoniya, fransız dili və mədəniyyəti mərkəzinin müdiri
31. Yaponiya araşdırmalar mərkəzinin müdiri
32. İndoneziya araşdırmalar mərkəzinin müdiri
33. Yunan araşdırmalar mərkəzinin müdiri
34. Hindi dili və mədəniyyəti mərkəzinin müdiri
35. Koreya mədəniyyət mərkəzinin müdiri
36. İtalyan dili mərkəzinin müdiri
37. İspan dili mərkəzinin müdiri
38. Konfutsi İnstitutunun müdiri
39. Multikulturalizm ETL müdiri
40. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
41. Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri
42. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Qeyd: Vəzifələrin tutulmasına namizdəliyini vermiş şəxslər dekanlıqdan xüsusi anket formasını götürərək tam doldurub Gənclər Təşkilatları ofisinə təqdim edir. Müraciətlərə əsasən namizədlər seçim turlarına dəvət olunurlar. Layihənin növbəti mərhələləri ilə bağlı namizədlərə əlavə məlumat veriləcək.
Bu proyektdə istənilən vəzifə üzrə əvvəl qalib olan şəxslər müsabiqəyə müraciət təqdim edə bilməzlər.
Müraciətlərin son qəbul tarixi: 14 noyabr 2022-ci il
Müraciətlərin qəbul ünvanı: Əsas bina, 4-cü mərtəbə THİK otağı - 424, İkinci tədris binası 5-ci mərtəbə THİK otağı - 500