XƏBƏRLƏR

ADU-nun tələbələri Beynəlxalq Xeyriyyə Yarmarkasında iştirak ediblər

25 oktyabr, 2022

ADU-nun tələbələri Beynəlxalq Xeyriyyə Yarmarkasında  iştirak ediblər. 

Azərbaycan Dillər Universitetinin ərəbşünaslıq ixtisasında təhsil alan tələbələri ərəb dili müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova ilə birgə Beynəlxalq Xeyriyyə Yarmarkasında  iştirak ediblər.

Qeyd edək ki, Beynəlxalq Xeyriyyə Yarmarkası  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisinin Ofisinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkilatçılığı ilə təşkil olunub.