XƏBƏRLƏR

ADU-da milli istiqlal şairi Əhməd Cavad anılıb

24 oktyabr, 2022

Azərbaycan Dillər Universitetidə universitetin Pedaqogika kafedrasının və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə Milli istiqlal şairi Əhməd Cavadın 130-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

 Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir,  magistrant tələbələrin çıxışları ilə davam edib.

Tədbirdə  Ə.Cavad yaradıcılığının bütün istiqamətləri işıqlandırılıb, dahi şairin sözlərinə bəstələnmiş musiqilər səsləndirilib.

Magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayeva, Pedaqogika kafedrasının müdiri, İnklüziv Təhsil Mərkəzinin rəhbəri dosent Nigar Zeynalova, Pedaqogika kafedrasının müəllimi dosent V. Bəşirov çıxış edərək magistrantlara, həmçinin onların yaradıcı fəaliyyətinin kurasiyasına görə dosent O.Abbasova təşəkkürlərini bildiriblər. Onlar ali təhsil müəssisəsində təhsil alan tələbələrin peşəkar inkişaflarına təkan verən tövsiyələr bildirib, gələcək fəaliyyətlərində  uğurlar diləyiblər.