XƏBƏRLƏR

Təhsil 2 fakültəsinin tələbələri ilə psixoloji diaqnostika keçirilib

24 oktyabr, 2022

Azərbaycan Dillər Universiteti Təhsil 2 fakültəsi Psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən ADU Psixoloji xidmət mərkəzində Təhsil 2 fakültəsinin tələbələri ilə psixoloji diaqnostika keçirilmişdir. Psixoloji dianqostikanın keçirilməsinin əsas məqsədi tələbələrdə yaranan təşviş və ya həyəcan pozuntusu, stress və depressiya, psixoloji adaptasiya pozuntularına meyilliliyinin aşkar olunaraq aradan qaldırılmasına dair psixoprofilaktik işin təşkil edilməsi olmuşdur.

ADU Psixoloji xidmət mərkəzinin rəhbəri psixoloq Ceyhunə Dəmirova və Psixoloq Mətanət Həsənova ilk olaraq tələbələrlə fərdi psixokonsultasiya aparmış, daha sonra psixoloji problemin xüsusiyyətinə uyğun olaraq ZARS öz-özünüqiymətləndirmə təşviş şkalası, HDRS depressiya şkalası, kaktus proyektiv metodikası, eqosentrik assosiasiya natamam cümlə metodikasını həyata keçirmişlər. Beləliklə, tələbələrin psixoloji diaqnostikasının nəticəsinə dair özlərinə məlumat verilməklə yanaşı, eyni zamanda zəruri olduğu halda ADU psixoloji xidmət mərkəzinin psixoloqlarına müraciət edə biləcəklərini də qeyd etmişlər.