XƏBƏRLƏR

"Hekayə yazmağın texnikaları” adlı təlim xarakterli dərs təşkil edilib

24 oktyabr, 2022

Azərbaycan Dillər Universitetinin Təlimdə innovasiyalar kafedrasının müəllimi Türkan Abbasova Təhsil 2 fakültəsinin 417b qrup tələbələri ilə “Story Writing Techniques (Hekayə yazmaq  texnikaları)” adlı təlim xarakterli dərs təşkil edib. Təlimdə “Simurq” nəşriyyatının direktoru, yazıçı Amin Orucov və “Parlaq imzalar”  nəşriyyatının redaktoru Toğrul Musayev iştirak edib.  

Təlim hekayə yazma prosesi ilə bağlı tələbələrin Amin Orucova ünvanladığı suallarla başlayıb. Tələbələrin suallarını cavablayan yazıçı eyni zamanda, hekayə yazarkən nəzərə alınmalı məqamları tələbələrlə paylaşıb.

Daha sonra tələbələr iki qrup şəklində onlara verilmiş şəkillər əsasında, hekayə posterləri hazırlayıblar. Hekayəyə ad verməklə yanaşı, onlara tədris olunan təsviri yazı vasitələrindən də istifadə ediblər. Sonda yazıçı Amin Orucov hekayələri dəyərləndirib və onlara tövsiyələr verib.

Təlimin təşkili üçün Sabunçu Gənclər Evinə (SGE) və SGE-nin əməkdaşı Aytən Hüseynliyə təşəkkür edirik.