XƏBƏRLƏR

ADU-nun jurnalistika ixtisası üzrə təhsil alan tələbələri Amerika Mərkəzi ilə tanış olublar

21 oktyabr, 2022

20.10.2022-ci il tarixində ADU-nun jurnalistika ixtisası üzrə təhsil alan I kurs tələbələri Azərbaycan Dillər Universitetinin və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Bakı Amerika Mərkəzində olublar.

Tələbələr Amerika Mərkəzinin iş fəaliyyəti ilə tanış olublar və mərkəzdə qeydiyyat,  könüllülük ve xaricdə təhsil layihələri haqqında ətraflı məlumat verilib. Eyni zamanda, mərkəzin nəzdində fəaliyyət göstərən Texniki İnnovasiyalar Mərkəzi ilə tanış olublar. Xüsusilə robotların quraşdırılması, dizayn edilməsi və istifadəsi haqqında tələbələrə məlumat verilib.

Daha sonra tələbələr ADU-da fəaliyyət göstərən digər mərkəzlərlə də tanış olublar. Mərkəzdə Çin dili, adət-ənənələri, təlimlər və dərs saatları haqqında tələbələrə geniş məlumat verilib.

Beynəlxalq jurnalistika şöbəsinin I kurs 146b qrup tələbəsi  Fəqan Niftaliyev