XƏBƏRLƏR

ADU-nun Təhsil-1 fakültəsində silsilə açıq dərslərin keçirilməsinə başlanılıb

20 oktyabr, 2022

ADU-nun Təhsil-1 fakültəsində silsilə açıq dərslərin keçirilməsinə start verilib

Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsində silsilə açıq dərslərin keçirilməsinə start verilib. Adı çəkilən dərs  oktyabrın 19-da Pedaqogika kafedrasının müəllimi T.Əliyevanın Pedaqogika fənni üzrə baş tutub.

Açıq dərs  Təhsil 1 fakültəsinin dekanı F.Cahangirov, Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova, Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dos. G. Sirəliyeva və digər  müəllimlərin iştirakı ilə dinlənilib, geniş tərkibdə müzakirəsi aparılıb.

Açıq dərsin müsbət məziyyətləri və təkmilləşdirilməsi zəruri olan məqamlarıyla bağlı diskussiya keçirilib, yeni hazırlanmış qiymətləndirmə meyarları əsasında dəyərləndirilib.

Qeyd edək ki  açıq dərslərin keçirilməsi davam edəcəkdir.