ADU-nun alimi Çində keçirilən Avrasiya müsabiqəsində mükafata layiq görülüb
Azərbaycan Dillər Universitetinin dosenti, sinoloq Rafiq Abbasov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə “Yeni dövrdə Çin Kommunist Partiyası” mövzusunda Avrasiya məqalə müsabiqəsində birinci mükafata layiq görülüb.
R.Abbasov öz məqaləsində Çin Kommunist Partiyasının xarici siyasət fəaliyyətinin mühüm hissəsini ölkənin inkişafı üçün dinc və əlverişli beynəlxalq iqlim yaratmaq, xarici ölkələrin hakim siyasi partiyaları ilə əlaqələri inkişaf etdirməyə xüsusi diqqət yetirib.
O, həmçinin hakim Azərbaycan Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında partiyalararası dialoqun uğurla inkişaf etdiyini də qeyd edib. R.Abbasov onu da əlavə edib ki, ÇKP və Yeni Azərbaycan Partiyası arasında siyasi əməkdaşlıq çərçivəsində partiya nümayəndələrinin qarşılıqlı görüşləri təşkil olunur, dövlət və ictimai idarəetmə sahəsində, həmçinin siyasi-ideoloji sahədə təcrübə mübadiləsi aparılır, hər iki hakim partiya həm Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının fəaliyyətində, həm də “İpək Yolu İqtisadi Zolağı” proqramının həyata keçirilməsində fəal iştirak edir və tərəflərin milli maraqları nəzərə alınmaqla müstəsna əhəmiyyət kəsb edən məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirilir.
O, Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əməkdaşlığın tarixindən, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi nümayəndə heyətinin 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında iştirakından danışıb və ümummilli lider Heydər Əliyevin nümayəndələrlə görüşünü xatırladıb. R.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Çinə işgüzar səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikinci beynəlxalq forumda iştirak etmək üçün keçirdiyi görüşünü xatırladaraq, Çin Kommunist Partiyasının da Yeni Azərbaycan Partiyası ilə əlaqələrini fəallaşdırmağa, dövlət idarəetmə təcrübəsini bölüşməyə, iki ölkə arasında qarşılıqlı etimadı gücləndirməyə hazır olduğunu vurğulayıb.
O, həmçinin qeyd edib ki, bu gün Çinin özünəməxsus sosialist diplomatiyasının təklif etdiyi bütün bəşəriyyət üçün Ortaq Müqəddərat Birliyi Konsepsiyasını reallaşdıraraq qarşılıqlı hörmət, bərabərlik və ədalət, əməkdaşlıq və qarşılıqlı mənfəətə əsaslanan yeni beynəlxalq münasibətlər formalaşdırır.