XƏBƏRLƏR

Meksika səfiri ADU-nun rektoruna təşəkkür məktubu ünvanlayıb

13 oktyabr, 2022

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir: 

"Meksikanın müstəqillik günü ilə bağlı göstərdiyiniz diqqətə və xoş arzularınıza görə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, hər bir sahədə dostluq üzərində qurulmuş əməkdaşlığımız davam edəcək, eyni zamanda Azərbaycan Dillər Universiteti ilə Meksika universitetləri arasında əməkdaşlıq daha da gücləndirəcək".