ADU-nun tələbəsi professional boks yarışının qalibi olub
10 oktyabr, 2022
Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Ümid Ağayev İstanbulda professional boks yarışının qalibi olub.
Qeyd edək ki, o, "Kikboksing" idman növü üzrə 2015, 2017, 2018-ci il dünya, 2016- cı il Avropa çempionatının qalibidir.
Tələbəmizi təbrik edir, ona daha böyük uğurlar arzu edirik.