XƏBƏRLƏR

ADU-nun tələbələri “Abad həyət” layihəsində iştirak ediblər

10 oktyabr, 2022

Son illərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərinin müxtəlif güşələrdə geniş abadlıq-quruculuq işləri aparılır, yeni yaşıllıq zolaqları salınır, məhəllədaxili asfalt yolları təzələnir. Azərbaycan Prezidentinin bu təşəbbüsünə tanınmış bəzi İctimai təşkilatlar da dəstək verərək yaşayış məhəllələrinin abadlaşdırılmasında fəal iştirak etməkdədirlər. 

7 oktyabr 2022-ci ildə ADU-nun  BM və regionşünaslıq fakültəsinin tələbələri Məmməd Əhmədli, Rəhman Məmmədov, Təhsil-1 fakültəsinin tələbəsi Tahirə Rzayeva, Filologiya fakültəsinin tələbəsi Lalə Məmmədova İDEA İctimai birliyinin dəstəyi ilə keçirilən “Abad həyət” layihəsində  iştirak ediblər. ADU-nun tələbələri layihə çərçivəsində müxtəlif növ ağacların əkilməsində, yaşıllıq zolaqlarının salınmasında yaxından iştirak ediblər. Eyni zamanda ADU-nun idmançı tələbələri  BMR fakültəsinin tələbələri Elgün Hümbətzadə, Orxan Məmmədov, Vaqif Vəliyev, Tural Mirzəyev, Soltan Pənahbəyli, Salman Əhmədov, Ağaramiz Abaszadə, Təhsi-1 fakültəsinin tələbələri Lətifə Abbasova, Nəzrin Kərimova müxtəlif idman nömrələri ilə çıxış ediblər.   

Qeyd edək ki, “Abad həyət” layihəsinin məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, sağlam həyat tərzinin formalaşdırılması, yaşıllıqların bərpası, sakinlərin üçün rahat və təhlükəsiz yaşam şəraitinin yaradılmasıdır.