XƏBƏRLƏR

Peşəkar təlimçi Orxan Şahbaz jurnalistika ixtisasında təhsil alan tələbələrlə görüşüb

10 oktyabr, 2022

 

07.10.2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctiai Birliyi tərəfindən, Azərbaycan Dillər Universitetinin 3 saylı tədris korpusunda "BiznesdəSən" Gənclərin startap təşəbbüslərinə dair toplantı adlı layihə həyata keçirilmişdir.  Görüşdə Azərbaycan Dillər Universiteti rektorunun məsləhətçisi Anar Osmanlı və Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Çərkəzqızı iştirak edib.

Tədbiri giriş sözü ilə Anar Osmanlı açaraq qonaqlara dərin təşəkkürünü bildirib və belə tədbirlərin sıx-sıx keçirilməsini məqsədəuyğun hesab edib. Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Çərkəzqızı jurnalistika ixtisasında təhsil alan tələbələrin belə tədbirlərdə iştirak etməsi onların gələcəkdə peşəkar jurnalist kimi yetişməsində mühüm rol oynayacağını vurğulayıb.

Daha sonra layihə rəhbəri Əsmər Əziz layihənin məqsəd və vəzifələrini iştirakçıların diqqətinə çatdırdı. O, qeyd etdi ki, layihənin əsas məqsədi daha çox gənci startup haqqında məlumatlandırmaq, onlara öz biznes ideyalarını gerçəkləşdirmək üçün əlaqələrin qurulmasına dəstək göstərməkdir. Tədbirdə 100 nəfər tələbə-gənc iştirak etmişdir. Tədbirin təlimçisi bu sahə üzrə ixtisaslaşmış peşəkar təlimçi Orxan Şahbaz olmuşdur.

Tədbir zamanı jurnalistika ixtisasında təhsil alan aktiv tələbələr sertifikatla təltif olunub.