XƏBƏRLƏR

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutu yüksək mükafatlara layiq görülüb

10 oktyabr, 2022

Pekində (ÇXR) Beynəlxalq Çin Dili Təhsili Fondu “Konfutsi İnstitutu Günü”nə həsr olunmuş bayram tədbiri keçirib. Beynəlxalq Çin Dili Təhsili Fondu, Beynəlxalq Çin Dili Şurasının (Hanban) katibliyi əsasında yaradılmış rəsmi xeyriyyə təşkilatıdır.

Fond dünya üzrə Konfutsi İnstitutlarına dəstək verir, həmçinin xaricdə Çin dilinin öyrənilməsi sahəsində digər ölkələrlə təhsil mübadiləsi və əməkdaşlığın genişləndirilməsi ilə məşğul olur.

Dünyanın müxtəlif ölkələrindən Konfutsi İnstitutlarının nümayəndələrinin iştirak etdiyi onlayn tədbirdə Fondun sədri Çin Elmlər Akademiyasının akademiki cənab Yanq Vey əsas məruzə ilə çıxış edib.

Tədbirdə Konfutsi İnstitutunda 10 ildən artıq çalışmış 25 çinli və əcnəbi Konfutsi İnstitutunun direktorları Konfutsi İnstitutunun inkişafındakı xidmətlərinə görə “Konfutsi İnstitutu direktorunun xatirə medalları” ilə təltif edilib.

Azərbaycan tərəfdən Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, Çin tərəfindən ADU-nun Konfutsi İnstitutunun direktoru Li Jihua ADU-nun Konfutsi İnstitutunun, daha əvvəl isə Luqansk Milli Universitetinin Konfutsi İnstitutlarının inkişafı və uzunmüddətli səmərəli fəaliyyətinə görə xatirə medalı ilə təltif edilib.

R. Abbasov onu da qeyd edib ki, ADU-nun Konfutsi İnstitutu 2021-2022-ci illərdə Çin dili və Çin mədəniyyətinin tədrisi sahəsində fəaliyyətinə görə “Ən yaxşı Konfutsi İnstitutu” adına layiq görülüb.