XƏBƏRLƏR

ADU VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

05 oktyabr, 2022

ADU VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Bakı Ekspo Mərkəzində “Şuşa ili”nə həsr olunan VIII Bakı Beynəlxalq Kitab Sərgisinin(“Baku International Book Fair 2022”)  açılışı keçirilib.

Sərginin açılışında Baş nazirin müavini Əli Əhmədov, Mədəniyyət naziri Anar Kərimov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Azərbaycanın və Türkiyənin yazıçı və şairləri, tanınmış gənc yazarlar  da iştirak edib.

Sərginin təşkilində məqsəd kitab və mütaliənin təbliği, 60-dan çox poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisələrin tanınıb və qarşılıqlı əlaqələrin qurulmasıdır. Təmsil olunan Universitetlər arasında Azərbaycan Dillər Universiteti da var. ADU-nun stendində universitetin professor və müəllim heyətinin yaradıcılığı sərgilənir.

Oktyabr ayının 9-dək davam edəcək sərgi çərçivəsində aktual mövzular üzrə kitabsevərləri sevindirən kitab təqdimatları, imza günləri, konfranslar, kitabxana və nəşriyyatlar arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi