XƏBƏRLƏR

ADU VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək

29 sentyabr, 2022

Azərbaycan Dillər Universiteti oktyabrın 5-9 tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisində (“Baku International Book Fair 2022”) iştirak edəcək.

Sərgidə Universitetin professor-müəllim heyətinin yaradıcılığı əks olunacaq. Müasir akademik və elmi kitabxana konsepti bazasında təşkil edilən sərgidə ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi 130 nüsxədən ibarət çap kitab kolleksiyası nümayiş etdirəcək.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Caspian Event Organisers” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən sərginin məqsədlərindən biri akademik kitabxanaların müsbət imicini formalaşdırmaqla kitab anlayışı və oxucu istifadəsi üzrə məlumatlılığı artırmaqdır.

Sözügedən sərginin kitabsevərləri bir araya gətirəcəyini və elmi təxəyyüllərini canlandıracaq ADU ailəsini stendimizə baş çəkməyə dəvət edirik.