ADU-da tələbələrin magistratura səviyyəsində düzgün ixtisas seçimi ilə əlaqədar görüşlər keçirilir
ADU-da 2023-2024-cü tədris ili üçün Magistratura səviyyəsində tələbələrin düzgün ixtisas seçimi ilə əlaqədar silsilə görüşlər keçirilir.
Görüşdə Magistratura.az kursunun rəhbəri Anar Nurəlizadə iştirak edib. O, magistraturaya qəbul praqramı üzrə tələbələri düzgün ixtisas seçmələri üçün yönləndirmiş, “İmtahan zamanı 3 fənn üzrə hazırlıq sistemi” və “Tələbə nə üçün öz ixtisasına davam etməlidir?” kimi mövzulara toxunub.
Görüşdə tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırılıb. Anar Nurəlizadə tələbələrin ixtisas seçimi edərkən kodlaşdırma zamanı daha diqqətli olmaları və hazırlıq prosesi haqqında məsləhətlər verib.
Sonda Magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayeva ADU-da təhsil alan 4-cü kurs tələbələrinin təhsili və Magistratura şöbəsinin fəaliyyəti haqqında danışıb. Firuzə Rzayeva Universitetdəki çoxsaylı peşəkar kadr hazırlığı, regionlar üzrə mərkəzlərdə ixtisasartırma, peşəkar sinxron tərcüməçilərin hazırlanması və uyğun ixtisaslar üzrə işlə təmin olunmağa köməklik haqqında geniş məlumat verib.
O, müxtəlif ixtisaslar üzrə xaricdə təhsil, ikili diplom, xarici ölkələrdə tələbə mobilliyi, təcrübə proqramları, təlimlər (sertifikatla təmin olunma), inklüziv təlim üzrə peşəkar hazırlıq (sertifikatla təmin olunma), fərqli universitetlərdən və hökumət təşkilatlarından mütəxəssislərlə təlimlər, yüksək bilik və bacarıqlı akademik və professor heyətinin ustad dərsləri ilə bağlı tələbələri məlumatlandırıb.