XƏBƏRLƏR

ADU-da keçirlən "Sehrli Azərbaycan. Qərb və Şərq arasında körpü" mövzusunda yay məktəbi yekunlaşıb

27 sentyabr, 2022
Azərbaycan Dillər Universitetində 1-14 sentyabr tarixlərində ADU-nun təşkilatçılığı və Alman
Akademik Mübadilə Xidmətinin (DAAD) birgə tərəfdaşlığı ilə“Go East” layihəsi çərçivəsində
"Sehrli Azərbaycan. Qərb və Şərq arasında körpü" mövzusunda keçirilən yay məktəbi
yekunlaşıb.
Qeyd edək ki, həmin yay məktəbində ADU- nun 10 tələbəsi ilə yanaşı Almaniyanın müxtəlif
universitetlərində fərqli ixtisaslarda təhsil alan 11 tələbə iştirak edib.
İntensiv, maraqlı və rəngarəng keçən yay məktəbində qısa müddətdə əcnəbi tələbələrə
Azərbaycan dili kursu təşkil olunub, alman tələbələrin azərbaycanlı iştirakçılarla birgə
Azərbaycanla bağlı məruzələri dinlənilib və çox maraqlı müzakirələr aparılıb.
Eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti, xalçaçılıq sənəti, ədəbiyyatı, musiqisi ilə bağlı
yerli ekspertlərin çıxışları dinlənilib. Bakı və Baki ətrafı muzeylər: İçəri şəhər, Qobustan, Palçıq
vulkanları, Qala muzey kompleksi, Yanar Dağ, Atəşgah, Multikulturalizm mərkəzinə
ekskursiyalar edilib və Şamaxı şəhərinə gəzinti təşkil olunub.
Layihənin təşəbbüskarı ADU- nun DAAD- Lektoru Mara- Lisa Gezer, təşkilat komitəsi üzvləri-
Lətifə Qurbanova, Qahirə Axundova, Xuraman Əsgərova, Sənubər Zeynalova, Leyla
İsmayılzadə və Xəyalə Quliyevadır.