XƏBƏRLƏR

ADU-nun Fəxri Professoru Arye Qut vəfat edib

27 sentyabr, 2022
ADU-nun Fəxri Professoru, Bakı Multikulturalizm Mərkəzinin İsraildəki
nümayəndəliyinin rəhbəri, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru,
beynəlxalq münasibətlər üzrə siyasi ekspert Arye Qut uzun sürən ağır xəstəlikdən
sonra 47 yaşında vəfat edib. İsrail-Azərbaycan strateji tərəfdaşlığı, Cənubi
Qafqazda geosiyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən
çox analitik məqalənin müəllifi olan Arye Qut İsraildə Azərbaycan diasporunun
fəal nümayəndələrindən biri idi.
ADU-nun rəhbərliyi və kollektivi tanınmış siyasi ekspert Arye Qutun vaxtsız
vəfatından kədərləndiklərini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir.