XƏBƏRLƏR

ADU-nun Fəxri professoru Arye Qut vəfat edib - Başsağlığı

21 sentyabr, 2022

ADU-nun Fəxri Professoru, Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər üzrə siyasi ekspert Arye Qut uzun sürən ağır xəstəlikdən sonra 47 yaşında vəfat edib. İsrail-Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən çox analitik məqalənin müəllifi olan Arye Qut İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biri idi.

ADU-nun  rəhbərliyi və kollektivi tanınmış siyasi ekspert Arye Qutun vaxtsız vəfatından kədərləndiklərini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir.