XƏBƏRLƏR

Türkiyənin Qazi Universitetinin professoru ADU-nun qonağı olub

18 sentyabr, 2022

Türkiyənin Cümhuriyəti Qazi Universitetinin professoru Necati Demir Azərbaycan Dillər Universitetinin  qonağı olub.

Azərbaycan Dillər Universitetinin rektoru Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüş zamanı türkoloq alim Türkiyə Araşdırmaları Mərkəzi ilə gələcəkdə aparılacaq birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Xoş qarşılanmaya görə rektora təşəkkürünü bildirən professor N.Demir gələcəkdə Qazi Universiteti ilə ADU-nun birgə əməkdaşlıq imkanlarından danışıb.