XƏBƏRLƏR

ADU-nun ECL İmtahan Mərkəzində Alman dili B1 səviyyəsi üzrə beynəlxalq imtahanlar üçün qeydiyyat keçiriləcək - ELAN

12 sentyabr, 2022

3 noyabr 2022-ci il tarixinədək Azərbaycan Dillər Universitetinin Rəşid Behbudov küç. 134-də yerləşən inzibati binasında ECL İmtahan Mərkəzində Alman dili B1 səviyyəsi üzrə beynəlxalq imtahanlar üçün qeydiyyat keçiriləcək. İmtahanlar Azərbaycan Dillər Universitetinin bazasında Təhsil 2 fakültəsi nəzdində, Xarici dillər kafedrasının müdiri, filologiya elmləri namizədi dos. Aida Sobor və Beynəlxalq Münasibətlər fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti Qönçə Abdulrəhimova tərəfindən koordinasiya ediləcək.

Qeyd edək ki, imtahandan uğurla keçən şəxslər Beynəlxalq sertifikatlarla təltif olunacaqlar.

Qeydiyyatdan keçmək istəyən şəxslər Şəxsiyyət vəsiqəsi və xarici pasportla birlikdə 08.09.2022-ci il saat 15:00 ADU-nun ıv mərtəbəsində yerləşən 412 nömrəli şöbəyə ( Qrantlar - Layihələr ) yaxınlaşmanız xahiş olunur.

Əlaqə üçün

1.Aida Sobor tel : 0503757201

2.Qönçə Abdulrəhimova tel: 0503304842