XƏBƏRLƏR

BAKALAVRİAT SƏVİYYƏSİNƏ QEYDİYYATLA BAĞLI ÇOX SORUŞULAN SUALLARA CAVAB

02 sentyabr, 2022

BAKALAVRİAT SƏVİYYƏSİNƏ QEYDİYYATLA BAĞLI ÇOX SORUŞULAN SUALLARA CAVAB 

 

Sual 1. Bakalavriat səviyyəsinə necə qeydiyyatdan keçməliyəm?

- Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsinə sıxıb uyğun səhifəyə keçid edin.

Sual 2. Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyat etməliyəm?

- Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyat keçməyinizə ehtiyac yoxdur.

Sual 3. Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?

- Şəxsi kabinetə giriş zamanı şifrənizi unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsinə sıxın və açılan pəncərədə ilk öncə elektron poçt ünvanını daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənin son 4 rəqəmi daxil edin. Nömrəyə gələn təsdiq kodu daxil edildikdən sonra yeni şifrə təyin edilməlidir.

- Sual 4. Sistemə daxil olduqdan sonra hansı xidməti seçməliyəm?

- Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.

- Sual 5. Bakalavriat səviyyəsinə müraciət etmək üçün hansı qəbul xəttini seçməliyəm?

- Bildiyiniz kimi bakalavriat səviyyəsinə qəbul yalnız Dövlət İmtahan Mərkəzinin imtahanları ilə həyata keçirilir. Əgər qəbul xətlərində qeyd edilmiş xüsusi DİM xətlərindən hər hansı biri sizə uyğun deyilsə, ümumi DİM vasitəsilə seçimini etməlisiniz.

- Sual 6. Şəxsi məlumatlarımı necə doldurmalıyam?

- Şəxsi məlumatlarınız avtomatik əks olunur. Siz əlavə olaraq, faktiki yaşadığınız ünvan və faktiki yaşadığınız rayon barədə məlumatları əl ilə daxil etməlisiniz. Əgər əcnəbi və vətəndaşlığı olmayan şəxsinizsə və Azərbaycan Respublikasında fərdi identifikasiya nömrəniz yoxdursa, müəyyən şəxsi məlumatları daxil etməyiniz tələb oluna bilər.

- Sual 7. Şəxsi məlumatlarımdakı elektron poçt və mobil nömrə mənə aid deyil.

- Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur.

- Sual 8. Qəbul məlumatlarımı necə daxil etməliyəm?

- Qəbul məlumatlarınız avtomatik əks olunur. Qəbul məlumatlarınızda hər hansı səhv olarsa, bu barədə Təhsil Nazirliyin 146-6 qaynar xəttinə məlumat verməyiniz xahiş olunur.

- Sual 9. Sənədlərimi hansı formatda əlavə edim? Tək-tək bir neçə səhifə yüklənmir.

- Sənədlərinizi pdf formatında, hamısını bir səhifədə əlavə etməyiniz məsləhət görülür. Bir neçə səhifəni eyni xanaya əlavə edə bilməyəcəksiniz.

- Sual 10. Hansı xanalar məcburidir? 

- Qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.

- Sual 11. Əlavə sənədlər əlavə etmək istəyirəm, amma xana sayı azdır.

- Digər sənəd xanasının yanındakı + düyməsinə sıxmaqla xana sayını artıra bilərsiniz. Müəssisə tərəfindən hər hansı əlavə sənəd tələb edilmirsə, həmin xanaya məlumat daxil etməyiniz məcburi deyil.

- Sual 12. Təhsil haqqında azad olunmaq üçün müraciət etmək istəyirəm. Bunu sistem üzərindən edə bilərəmmi?

- Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa şəxsi və qəbul məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşınıza Təhsil haqqından azad addımı çıxacaqdır. Burada “Bəli” seçimini etməklə, aid olduğunuz kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilərsiniz.

- Sual 13. Təhsil tələbə krediti əldə etmək üçün müraciət etmək istəyirəm. Nə etməliyəm?

TTK əldə etməyiniz üçün e-ttkf.edu.az sistemindən qeydiyyat etməlisiniz, parelel olaraq portal.edu.az-dan qeydiyyat zamanı hansı növ təhsil krediti almaq istədiyiniz barədə təhsil müəssisəsini məlumatlandıra bilərsiniz. Bu məlumatlandırmanın məqsədi təhsil müəssisəsinin TTK təyini qərarı verilənədək sizdən tam və ya 20 faizdən artıq təhsil haqqı ödənişi tələb etməməsi üçündür.
Eyni zamanda, müəyyən statuslar vasitəsilə müəssisə və sistem tərəfindən kabinetiniz TTK müraciətinizin nəticələri barədə məlumat əldə edə biləcəksiniz.

- Sual 14. Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənəcəm?

- Bu barədə müraciət etdiyiniz müəssisə sizə sistem vasitəsilə məlumat göndərəcəkdir. Kabinetinizə daxil olan bildirişləri yekun qərar verilənədək izləməyiniz vacibdir.

- Sual 15. Təhsil haqqından azad olunmağım barədə məlumatı necə əldə edəcəm?

- Bu barədə müraciət etdiyiniz müəssisə Güzəştli qəbul edildi status təyin etməklə sizə şəxsi kabinetiniz vasitəsilə məlumat göndərəcəkdir.

- Sual 16. Təhsil haqqımı necə ödəməliyəm?

Ödəniş icra edə bilmək üçün ilk növbədə müəssisə tərəfindən müraciət araşdırıldıqdan sonra “ödəniş edilməlidir” status təyin edilməlidir.
Müraciətiniz ödəniş edilməlidir statusu aldıqda aşağıdakı addımları edə bilərsiniz.
Bu zaman tələbənin kabinetinə bildiriş gələcək ki, ödəniş etsin.
Bu halda addım 1
Tələbə şəxsi kabinetilə ödəniş edə bilər. (Bugunədək bankla ödəniş etmişlər çek yükləyə bilər).
Addım 2
Tələbə gpp.az saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər.
Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməklə məlumatlar daxil edilməlidir. Ödəniş icra edilə bilər.
Addım 3
Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşır Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirərək, FİN və ya ATİS-də formalaşan invoys (Ödəniş edilməlidir statusu təyin edildiyi zaman şəxsi kabinetdə invoys əks edilir) təqdim edərək ödəniş edir.

- Sual 17. Tələb oluna biləcək sənədlərlə bağlı açıqlamalar:

- Məcburi sənəd kimi tələb edilməməlidir:
Sağlamlıq haqqında arayış və ya onun surəti: Məcburi sənəd deyildir. Bu sənədin müəssisələr tərəfindən tələb edilməməsini tövsiyə edirik. Lakin, xüsusi təyinatlı müəssisələr tərəfindən bu sənədin vacib olaraq tələb edilməsi zərurəti varsa, tələb edilə bilər.
Attestat: Məcburi sənəd deyildir. Attestatın əslini müəssisənin təyin etdiyi digər vaxtda təqdim edilə bilər.
Şəxsiyyəti təsdiq edən vəsiqənin əsli və ya surəti: Məcburi sənəd deyildir. Təqdim edilməməlidir. Şəxsi məlumatlar blokunda bütün məlumatlar əks olunur.
Ağ fonda 3x4 ölçüdə fotoşəkil: Məcburi sənəd deyildir. Tələbə bileti üçün lazım olarsa, müəssisənin təyin etdiyi digər vaxtda təqdim edə bilər.
Məcburi sənəd kimi tələb edilməlidir:
İxtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd: Məcburi sənəddir. Yalnız xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına aiddir.
İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (Oğlanlar üçün): Məcburi sənəddir. Ümumi təhsil bazasından qəbul olanlar üçün məcburi deyildir.
Təhsil haqqı güzəşti və təhsil haqqından azad olunmaq üçün sənədlər: Sistemin təyin edəcəyi qərardan dəstək üçün istifadə edə bilərsiniz.

- Sual 18. Qeydiyyat barədə nə üçün məlumatlar ictimaiyyətə bildirilmir?

- Qeydiyyat üzrə bütün məlumatlar Təhsil Nazirliyinin rəsmi saytında qeyd olunur. Saytı mütəmadi izləməyiniz xahiş olunur.