Azərbaycan Dillər Universitetinə daxil olmuş abituriyentlərin sənəd qəbulu onlayn aparılacaq

Azərbaycan Dillər Universitetində abituriyentlərin sənəd qəbulu onlayn aparılacaq
2022/2023-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin sənəd qəbulu 2 sentyabr tarixindən 12 sentyabr tarixinədək onlayn aparılacaq. Abituriyent aşağıda qeyd olunan sənədlərin elektron versiyasını Dövlət İmtahan Mərkəzi tərəfindən qeydiyyatın başlanması elan edildikdən sonra http://portal.edu.az üzərindən sistemə yükləməlidir.
DİQQƏT
http://portal.edu.az – da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.
Tələb olunan sənədlər:
Şəxsiyyəti təsdiq edən sənəd;
Tam orta təhsilini başa vurması haqqında sənəd
Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənəd (oğlanlar üçün);
Sağlamlıq haqqında tibbi arayış;
3/4 ölçüdə fotoşəkil;
Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli əsaslarla qəbul olanlar üçün);
Təhsil haqqından azad olanların notarial təsdiqli müvafiq sənədləri (vəsiqələri).
QEYD
Sənədlərin əsli (siyahıya əlavələr oluna bilər) dərs başlayan zaman təqdim olunacaq.
Qeydiyyatla bağlı Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərsiniz.
Tel: 012 441 22 78
Email: [email protected]
İmtiyazlarla bağlı:
Baş hüquqşünas
Tel: 012 440 15 18