XƏBƏRLƏR

Əziz abituriyentlər, ADU-nu seçin, təhsiliniz mükəmməl olsun

16 avqust, 2022

Abituriyentlər niyə ADU-nu seçməlidirlər?!

 

Əlbəttə, bütün bunlara görə:

 

 Azərbaycan və digər ölkələrdən olan tələbələri müasir tədqiqatlara əsaslanaraq innovativ təlim-tədris texnologiyalarından istifadə etməklə peşəkar mütəxəssislər kimi formalaşdırmaq, həmçinin yüksək potensiala, tənqidi təfəkkür və analitik zəkaya, müstəqil şəkildə müxtəlif tədqiqatlar aparmaq bacarığına və ən əsası vətənpərvərlik hisslərinə, azərbaycançılıq ideologiyasına malik işgüzar gənclər yetişdirmək. 

 

 ADU-nun Azərbaycan Respublikası ərazisində və beynəlxalq miqyasda rəqabətədayanıqlığını və dünyanın aparıcı universitetlərinin siyahısına daxil olmasını təmin etmək.

 

  • ADU güclü bir ənənə üzərində qurulmuş zəngin tarixə malikdir. Bu gün Azərbaycan Dillər Universiteti sonsuz fürsət və gələcək yeni perspektivlərə, müvəffəqiyyətə, uğurlara imza atır. ADU Azərbaycanda 20-dən çox dilin müxtəlif tədris proqramları vasitəsilə tədris olunduğu unikal bir Universitetdir. 

 

  • ADU - Bolonya prosesinin tələblərinə cavab verən çevik kredit sistemini, Beynəlxalq Keyfiyyət Təminatı standartlarını və Azərbaycanda Avropa Kredit Transfer Sistemini (AKTS) 2005-ci dildə tətbiq edən ilk ali təhsil müəssisəsidir. Eyni zamanda Azərbaycan Dillər Universiteti 2017-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan ilk universitetlərdəndir.


 

  •  “Erasmus+” çərçivəsində tələbələrə tərəfdaş universitetlərdə təhsil almaq üçün maliyyə dəstəyi ayrılır. İndiyədək 500-dən çox tələbə Avropanın müxtəlif universitetlərində təhsil alıb. 

 

  • ADU dünyanın müxtəlif universitetləri ilə akademik əməkdaşlıq münasibətləri proqramlarını mütəmadi olaraq nəzərdən keçirməyə, tədris və təlim metodologiyasını təkmilləşdirməyə, mübadilə proqramları və ikili diplom layihələri (Erasmus+ mübadilə proqramı, Mövlana mübadilə proqramı, ABŞ layihələri, Esseks Universiteti, Oslo Universiteti ilə və s. ikili diplom) vasitəsilə akademik heyətin və tələbələrin beynəlmiləlləşməsinə şərait yaradır. 

 

  • ADU 10 ildən çoxdur ki, Böyük Britaniyanın Esseks Universiteti ilə ikili diplom layihəsini həyata keçirir. Fransanın Strasburq Universiteti, Oslo və Agder universitetləri ilə əməkdaşlıq edir. 

 

  •  ADU-da TOEFL (ABŞ), AYÖS və OEAD (alman dili) dil testləri keçirmək üçün rəsmi icazəyə malik Test Mərkəzi mövcuddur.

 

  • ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi üçün nəzərdə tutulan CLS təqaüd proqramına ev sahibliyi edir. ADU türk “CLS” və “Flagship” təqaüd proqramlarına da rəhbərliyi öz üzərinə götürüb. 

 

  • Ümumilikdə, universitetimizin xarici əlaqələri çoxşaxəlidir. Hazırda ADU-da 20 ölkənin (İspan, İtalyan, Amerikan, Skandinav, Türkiyə, Macar, Rumın, Koreya, Serb, Avstriya, Germanistika, Chin, Fransız oxu zalı,  Alman oxu zalı, Frankofoniya, Yapon, Hind, Indonesiya, İsrail, Pakistan) dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. ADU-da Konfutsi İnstitutu, Avstriya kitabxanası var. 

 

  • Mərkəzlər Azərbaycan və müvafiq ölkələr arasında elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsinə və inkişafına xidmət edir. Mərkəzlərdə həm yerli, həm xarici mütəxəssislər çalışır, onlar həmçinin, müvafiq dilləri tədris edir, dəyirmi masa və debatlar təşkil edirlər.

 

  • ADU Azərbaycanda müxəlif ixtisaslar üzrə xarici dil mütəxəssislərini hazırlayan aparıcı təhsil müəssisəsidir. ADU-nun məzunları respublikanın nüfuzlu təhsil ocaqlarında, dövlət və qeyri dövlət, şirkət və təşkilatlarda fəaliyyət göstərirlər. 

 

  • Son illər xaricdə təhsil almış gənc müəllim və tələbələr universitetdə elmi-pedaqoji fəaliyyətə cəlb olunur, müəllim peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif xarici universitetlərdə təkmilləşdirmə kurslarında iştirak edirlər. Bununla yanaşı, aparıcı universitetlərin təcrübəsindən yararlanmaq və peşakar inkişafı təmin etmək üçün universitet əməkdaşları müxtəlif vebinar, seminar, təlim, konfrans, yay məktəblərində və eyni zamanda nüfuzlu xarici universitetlərlə təcrübə mübadiləsi proqramlarında iştirak edirlər.

 

  • Elmi Kitabxana və informasiya xidməti mərkəzi (Kitabxana şöbəsi və İnformasiya xidməti və rəqəmsallaşdırma şöbəsi) hər iki tədris binalarında tələbə-müəllim kontingentinin istifadəsindədir. 

 

  •  “ADU-nun Elmi Xəbərləri”, “Dil və ədəbiyyat” jurnalları çap olunur. Universitet əməkdaşları “Jstor” və “Ebsco” kimi beynəlxalq məlumat bazalarından yararlanmaq imkanlarına malikdirlər.

 

  • ADU-da heç bir universitetdə olmayan “Bir günlük xəlifə” layihəsi var. Tələbələr universitetdə rəhbər vəzifələrə seçilir, qərar qəbul edir, kölgə kabineti formalaşdırırlar. 

 

  • 11.  ADU-nun tələbə yataqxanası var, əlamətdar günlərdə tələbələrə müxtəlif güzəştlər edilir. 

 

  • 12.  ADU tələbələri İdman klubunda, yaradıcı dərnəklərdə, tələbə teatrında unudulmaz tələbəlik həyatı yaşayırlar.

 

Əziz abituriyent dost, Azərbaycan Dillər Universitetini seç, təhsilin mükəmməl, gələcəyin uğurlu olsun.

2022/2023-cü tədris ili üçün bakalavriat və magistratura   səviyyəsi üzrə ixtisaslar            

 

Hazırda 80-dən çox ixtisas üzrə mütəxəssis hazırlanan universitetdə 5 fakültə, 31 kafedra, 20 Dil və mədəniyyət mərkəzi, 4 Elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. Universitetdə tələbə, magistrant, doktorantura üzrə və əlavə təhsil alanların sayı 7000 nəfərdən çoxdur.

 

Bakalavriat səviyyəsi üzrə ixtisaslar            

 

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 

Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə)

Dil və ədəbiyyat müəllimliyi (alman dili üzrə)

Dil və ədəbiyyat müəllimliyi (fransız dili üzrə)

İbtidai sinif müəllimliyi  * (tədris ingilis dilində)

Korreksiyaedici təlim

Məktəbəqədər təhsil * (tədris ingilis dilində)

Təhsildə sosial-psixoloji xidmət 

Xarici dil müəllimliyi (ingilis dili)

Xarici dil müəllimliyi (alman dili)

Xarici dil müəllimliyi (fransız dili)

Xarici dil müəllimliyi (rus dili)

Beynəlxalq münasibətlər

Beynəlxalq münasibətlər* (tədris ingilis dilində)

Filologiya (ingilis dili və ədəbiyyatı)

Filologiya (alman dili və ədəbiyyatı)

Filologiya (fransız dili və ədəbiyyatı)

Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

Filologiya (rus dili və ədəbiyyatı)

Jurnalistika* (tədris ingilis dilində)

Regionşünaslıq (Böyük Britaniya üzrə)

Regionşünaslıq (Almaniya üzrə)

Regionşünaslıq (Fransa üzrə)

Regionşünaslıq (Amerika üzrə)

Regionşünaslıq (Norveç üzrə)

Regionşünaslıq (Qafqaz üzrə)

Regionşünaslıq (İsrail və Yaxın Şərq üzrə)

Regionşünaslıq (Yaponiya üzrə)

Regionşünaslıq (Ərəb ölkələri üzrə)

Regionşünaslıq (Çin üzrə)

Regionşünaslıq (Cənubi Amerika üzrə)

Regionşünaslıq (Mərkəzi və Şərqi Avropa üzrə)

Regionşünaslıq (Rusiya üzrə)

Regionşünaslıq (Türkiyə üzrə)

Regionşünaslıq (Balkan ölkələri üzrə)

Regionşünaslıq (Afrika üzrə)

Regionşünaslıq (İndoneziya üzrə)

Regionşünaslıq (Hindistan üzrə) 

Regionşünaslıq (Pakistan üzrə)

Tərcümə (Azərbaycan dili-ingilis dili)

Tərcümə (rus dili-ingilis dili)

Tərcümə (Azərbaycan dili-ispan dili)

Tərcümə (rus dili-ispan dili)

Tərcümə (Azərbaycan dili-alman dili)

Tərcümə (rus dili-alman dili)

Tərcümə (Azərbaycan dili-fransız dili)

Tərcümə (rus dili-fransız dili)

Tərcümə (Azərbaycan dili-italyan dili)

Tərcümə (Azərbaycan dili-Koreya dili)

Tərcümə (rus dili-Koreya dili)

Tərcümə (Azərbaycan dili-ərəb dili)

 

 

Magistratura  səviyyəsi üzrə ixtisaslar            

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

Rus dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

İngilis dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

Alman dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası 

Fransız dili və ədəbiyyatının tədrisi metodikası və  metodologiyası 

Xarici dil müəllimliyi (dillər üzrə)

İngilis dilinin tədrisi metodikası və metodologiyası 

Alman dilinin tədrisi metodikası və metodologiyası

Fransız dilinin tədrisi metodikası və metodologiyası

İbtidai sinif müəllimliyi 

İbtidai sinifdə tədrisin metodikası və metodologiyası 

Korreksiyaedici təlim

Korreksiyaedici təlimin metodikası və metodologiyası 

Məktəbəqədər təlim və tərbiyə 

Məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası 

Təhsildə sosial-psixoloji xidmət 

Təhsildə sosial-psixoloji xidmət 

Pedaqogika 

Pedaqogika nəzəriyyəsi və tarixi 

Sosial pedaqogika 

Təhsildə qiymətləndirmə və monitorinq

Filologiya

Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı)

Ədəbiyyatşünaslıq (alman ədəbiyyatı)

Ədəbiyyatşünaslıq (fransız ədəbiyyatı)

Ədəbiyyatşünaslıq (ispan ədəbiyyatı)

Ədəbiyyatşünaslıq (Azərbaycan ədəbiyyatı) 

Azərbaycan dili

Dilşünaslıq (ingilis dili üzrə)

Dilşünaslıq (alman dili üzrə)

Dilşünaslıq (fransız dili üzrə)

Dilşünaslıq (ümumi dilçilik)

Dilşünaslıq (müqayisəli dilçilik)

Tərcümə (dillər üzrə)

Tərcümə (ingilis dili üzrə)

Tərcümə (alman dili üzrə)

Tərcümə (fransız dili üzrə)

Tərcümə (ispan dili üzrə)

Tərcümə (Koreya dili üzrə)

Tərcümə (italyan dili üzrə)

Sinxron tərcümə (ingilis dili üzrə)

Regionşünaslıq

Regionşünaslıq (İsrail və Yaxın Şərq üzrə)

Regionşünaslıq (Skandinaviya üzrə)

Regionşünaslıq (Mərkəzi və Şərqi Avropa üzrə)

Regionşünaslıq (Qafqaz  üzrə)

Regionşünaslıq (Cənubi Amerika üzrə)

Regionşünaslıq (Balkanşünaslıq) 

Ölkəşünaslıq (Böyük Britaniya üzrə)

Ölkəşünaslıq (ABŞ üzrə)

Ölkəşünaslıq (Çinşünaslıq)

Ölkəşünaslıq (Yaponiyaşünaslıq)

Beynəlxalq münasibətlər

Beynəlxalq münasibətlər və diplomatiya

Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi

Dünya siyasəti