Magistraturaya qəbul olan bakalavrların qeydiyyat prosesi - QAYDALAR
Magistraturaya qəbul olan bakalavrların qeydiyyat prosesi 2022-ci il 15 iyuldan 25 iyuladək aparılacaq.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qeydiyyat üzrə e-müraciət sisteminin təlimatını qeyd olunan linkdən əldə edə bilərsiniz: www.portal.edu.az.
Bunun üçün platformada qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsil alan qeydiyyatı" xidmətini seçmək lazımdır.
Magistraturaya qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər:
- Şəxsiyyət təsdiq edən sənəd:
- Bakalavr təhsilini başa vurduğunu təsdiq edən sənəd (diplom və ya arayış)
- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənəd:
- 3/4 sm ölçüdə rəngli fotoşəkil
- Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbz
- Təhsil haqqından azad olma hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi.
-Əlavə sənədlər bölməsində BAKALAVRDA KEÇDİYİNİZ II XARİCİ DİLİ qeyd edin.
Hər birinizə dərslərinizdə uğurlar arzu edirik/
Əlavə suallarınız yaranarsa qeyd edilən mail ünvanına müraciət edə bilərsiniz: [email protected]